Hüquqi tədqiqat şöbəsi
İlham Malik oğlu Əliyev 1971-ci il avqustun 23-də anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq, 1999-cu ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində iqtisadçı-hüquqşünas ixtisası üzrə təhsil alıb. 02.09-30.10.2000-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yanında təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirib.
1993-cü ilin sentyabr ayından 2000-ci ilin dekabr ayına qədər Bakı Hərbi Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində, 2004-cü ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi, 2016-cı ildən Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və konstitusiya hüququ” şöbəsinin böyük elmi işçisi və aparıcı elmi işçisi vəzifələrində çalışıb. 2023-cü ildə Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin tədqiqatçısı vəzifəsinə təyin olunub, hal-hazırda həmin şöbənin müdiri vəzifəsini icra edir.
İlham Əliyev “Dövlət və hüquq nəzəriyyəsi və tarixi: hüquq və dövlət haqqında təlimlər tarixi” mövzusunda dissertasiya işi müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Nüfuzlu elmi jurnallarda və toplularda məqalələri müntəzəm olaraq çap edilmişdir. 60-dan çox elmi məqalə, tezis və əsərin müəllifidir.
Ailəlidir, iki övladı var.
Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
· Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsin də fundamental və tətbiqi elmi tədqiqat və araşdırmalar aparır və elmi-praktiki tövsiyələr hazırlayır;
· Qanunvericiliyin inkişafı və təkmilləşdirilməsində iştirak edir;
· Normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak edir;
· Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərir;
· Hüquq təhsilinin inkişafına töhfə verir;
· Beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı qərar və hesabatlarını təhlil edir və ümumiləşdirir.