Maliyyə sektoru
Gülşən Müzəffər qızı Xudadarova 1985-ci il fevralın 11-də anadan olub.
2003-2007-ci illər üzrə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alıb. 2007-ci ildə təhsilini Xəzər Universitetində “MBA in finance” üzrə davam etdirib.
2008-2022-ci illərdə özəl və dövlət sektorun bir sıra müəssisələrində mühasib və baş mühasib kimi fəaliyyət göstərib. Bu müddət ərzində “Bank of Baku” ASC-də lizinq üzrə mütəxəssis, Gənc Mühasiblər Birliyində maliyyə hesabatları üzrə mühasib, “Turan Lizinq” MMC və “Qafqaz Lizinq” MMC-də baş mühasib, 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində baş mühasib, Aztelekom MMC-nin Şimal-Şərq Regional filialında baş mühasibin müavini vəzifələrində çalışıb. Müxtəlif mühasibat forumlarında və beynəlxalq mühasibat uçotu təlimlərində iştirak edib. 2023-cü ildən “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Maliyyə meneceridir.
Azərbaycan, ingilis və rus dillərində sərbəst danışır.
Ailəlidir, 2 övladı var.
Maliyyə sektorunun 3 əməkdaşı var
Sektorun fəaliyyət istiqamətləri:
· İnstituta ayrılmış büdcə və büdcədənkənar vəsaitlərin qanunvericiliyin tələblərinə müvafiq qaydada icra olunmasını təmin edir;
· qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim olunmasını təmin etmək;
· qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məcburi dövlət sosial sığorta hesabatlarını müvafiq orqanlara təqdim etmək;
· alınmış mal-materialların mədaxil və məxaric əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, az qiymətli və tez köhnələn əşyaların uçotunu aparır;
· İnstitutun fəaliyyəti ilə bağlı bank əməliyyatlarını həyata keçirmək məqsədilə zəruri tədbirlər görür;
· həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini, ona nəzarəti və məlumatların operativ təqdim edilməsini təmin etmək, həmçinin mühasibat (maliyyə) hesabatlarını müəyyən olunmuş müddətlərdə tərtib edir.