h.ü.f.d Vəfaddin Ələm oğlu İbayev

Vəfaddin Ələm oğlu İbayev 06 dekabr 1956-cı ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub.

1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1983-cü  ilin sentyabr ayından 1998-ci ilin noyabr ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə, Zaqatala və Masallı rayon Polis şöbələrində müstəntiq və baş müstəntiq vəzifələrində işləyib.

1998-ci ilin noyabr ayından 2000-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində “Beynəlxalq hüquq məsələləri” şöbəsinin müdiri olub.

2000-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına kimi Suraxanı Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

Hazırda təqaüddə olmaqla yanaşı, vəkil və mediator kimi fəaliyyət göstərir.

2003-cü ildə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və insan hüquqları” mövzusunda dissertatsiya işi müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.  Ali məktəb tələbələri üçün yazılmış “Beynəlxalq humanitar hüquq”, “Beynəlxalq mülki proses” dərsliklərinin, hakimlər və ədliyyə orqanlarının əməkdaşları üçün “İşgəncələr qadağandır” dərs vəsaitinin, beynəlxalq hüquq və insan hüquqlarına aid 25 kitab, 100-dən artıq məqalənin müəllifidir.