İnstitutun Fəaliyyəti haqqında

Hüquq və İnsan Haqları İnstitutu - Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərdə təsdiq olunmuş, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları öyrənir, bu sahədə beynəlxalq  və milli-tarixi təcrübəni tədqiq edir.

İnstitutun fəaliyyət istiqamətləri: 

•    Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və  tətbiqi elmi tədqiqat, eksperimental araşdırmaların                  aparılması və   elmi-praktiki tövsiyələrin hazırlanmasını təşkil etmək; 
•    Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək vermək;
•    Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərmək;
•    Qanunvericiliyin inkişafı və təkmilləşdirilməsində iştirak etmək;
•    Normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak etmək;
•    Dövlət orqanlarının (qrumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsində iştirak etmək;
•    Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak etmək.

İnstitutun  vəzifələri və hüquqları:

•    Normativ hüquqi aktlarda boşluqların, kolliziyaların və sui-istifadə amillərinin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə                        qüvvədə olan normativ hüquqi aktların hüquqi təhlilini aparmaq;
•    Azərbaycan Respublikası və xarici dövlətlərin qanunvericiliyinin müqayisəli tədqiqatını aparmaq;
•    Fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar və elmi-praktiki şərhlər hazırlamaq;
•    Hüquqi aktları Azərbaycan dilindən xarici dillərə və xarici dillərdən Azərbaycan dilinə tərcümə etmək.


İnstitutun Təşəbbüsləri və Nəaliyyətləri:    

•    Azərbaycanda Ombudsman təsisatının yaradılması, tarixi və beynəlxalq təcrübənin öyrənilməsi və milli mentalitet nəzərə alınmaqla Azərbaycan mühitində          tətbiqi;
•    Məhkəmə və penitensiar sistemlərdə, sosial siyasətdə islahatlar;
•    Qaçqın və məcburi köçkünlərin, əlillərin, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi;
•    Ekoloji problemlərlə bağlı bir sıra hüquqi  məsələlər;
•    II Dünya müharibəsi illərində ermənilərin yəhudiləri kütləvi məhv etmələri barədə faktoloji material toplanılmış, İrəvan xanlığının dövlət atributu – bayrağı            bərpa edilmiş və bu torpaqların Azərbaycan xalqına məxsusluğu təsdiq edilmişdir. 
•    İnstitut “beyin mərkəzlərinin” qlobal bazası olan On Think Tanks (OTT) platformasına “hüquq, insan haqları, ədliyyə və təhsil sahəsində ixtisaslaşan beyin              mərkəzi” kimi daxil edilmişdir. 

İnstitut  Beynəlxalq qurumlarla işgüzar əməkdaşlığa və birgə layihə konsepsiyaları üzərində tərəfdaşlığa açıqdır.

 

 


Опубликовано : 03-04-2023

Просмотры : 5