Hüquq terminləri lüğəti
“Hüquq terminləri lüğəti” müasir hüquq elminə və təcrübəsinə məlum olan 3500-dən artıq termini əhatə edir. Kitabda milli və beynəlxalq hüququn bütün əsas sahələrinə aid terminlərin anlayış və izahları verilir.
Читать далее“Hüquq terminləri lüğəti” müasir hüquq elminə və təcrübəsinə məlum olan 3500-dən artıq termini əhatə edir. Kitabda milli və beynəlxalq hüququn bütün əsas sahələrinə aid terminlərin anlayış və izahları verilir.
Читать далееKitab müasir Azərbaycan tarixində ən böyük qələbə, dövlət suverenliyinin bərpasını şərtləndirən 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələrinin üç istiqamətdə təhlilinə həsr olunmuşdur.
Читать далееKitab “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun ilk şərhi olmaqla, bütün maddələri əhatə edir. Qanunun normaları BMT-nin Məhkumlarla rəftara münasibətdə Minimal Standart Qaydaları, Avropa Penitensiar Qaydaları və digər beynəlxalq hüquqi sənədlərdə ifadəsini tapan müddəalar, habelə BMT-nin İnsan Hüquqları Komitəsi, İşgəncə Əleyhinə Komitəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, İşgəncələrə Qarşı Avropa Komitəsinin təcrübəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla şərh edilmiş və onların beynəlxalq standartlara müvafiq tətbiqi üçün tövsiyələri nəzərdə tutur.
Читать далееKitabda cinayətkarlıqla mübarizə məsələləri iki aspektdən tədqiq və şərh edilir. Tədqiqatın birinci istiqaməti müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası, formalaşması və möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin cinayətkarlıqla mübarizə ilə bağlı ideya və düşüncələrinə həsr olunub. Kitabda cinayətkarlıqla mübarizədə dövlət orqanları və Azərbaycan vətəndaşlarının rolu təqdim edilir, cinayətkarlıqla mübarizənin demokratik dövlət quruculuğunda yeri və əhəmiyyəti ilə bağlı Ulu Öndərin tövsiyələri araşdırılır, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə cinayətkarlıqla mübarizə təcrübəsi konkret faktlar əsasında dəyərləndirilməklə, nəzəriyyə ilə təcrübənin vəhdəti nəticəsində bu sahədə qazanılan uğurlar diqqətə çatdırılır.
Читать далееHüquq üzrə fəlsəfə doktoru, dosent Asif Xanoğlan oğlu Qədirovun “Mülki Məcəllə: suallar və cavablar (metodik vəsait)” kitabı müasir dövrümüzdə mülki hüquq münasibətləri sahəsində mövcud olan bir çox məsələlərə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Kitabda nəinki hüquqşünasları, həmçinin qeyri-hüquqşünasları da maraqlandıran bir sıra əhəmiyyətli məsələlər cavablandırılmışdır. İctimaiyyətə təqdim olunan kitabda suallar və cavablar sadə, anlaşıqlı dildə və məntiqə uyğun şəkildə tərtib edilmiş, mülki hüquq sahəsində aktual xarakterli məsələlərin əsas dairəsi, demək olar ki, tam əhatə olunmuşdur.
Читать далееKitabda Azərbaycan ədalət mühakiməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) yurisdiksiyası altında olduğu 20 il müddətində “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi əsasında Azərbaycana qarşı qəbul edilmiş 66 qərarı təhlil edilərək, aşkar edilmiş pozuntular ümumiləşdirilməklə müxtəlif bölmələr üzrə sistemləşdirilmiş, azadlıq və təhlükəsizlik hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilmişdir.
Читать далееOxuculara təqdim olunan kitabda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq fəslində nəzərdə tutulmuş ədalət mühakiməsi əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətinin normativ hüquqi tənzimlənməsinin aktual məsələləri araşdırılır, həmçinin, qeyd edilən cinayət tərkiblərinin bəzi müddəalarının gələcək təkmilləşdirilməsi və onların qanunvericilikdə verilmiş təriflərinin və ifadələrinin dəqiqləşdirilməsinin zəruriliyi əsaslandırılır.
Читать далееBu tədqiqat işi demokratik cəmiyyətlərin təbiətinə xas olan, insan və vətəndaş hüquq və əsas azadlıqlarının tərkib hissəsi sayılan seçki hüququnun həyata keçirilməsini təmin edən seçki prosesinin əsas xüsusiyyətlərinin, problemlərinin, bu proseslə bağlı uğurlu təcrübələrin və inkişaf perspektivlərinin müasir texnoloji tərəqqi kontekstində hüquqi təhlilinə həsr edilmişdir.
Читать далееВ книге рассматриваются как общие вопросы международного права прав человека и международного гуманитарного права, так и вопросы защиты отдельных прав и свобод человека во время вооруженных конфликтов, а также особенности их восстановления и осуществления в постконфликтный период. В работе широко использованы международно-правовые документы, практика, прецеденты судебных и квазисудебных органов универсального и регионального уровня, а также доктрина.
Читать далееMoisey Bekkerin «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) adlı monoqrafiyası - obyektiv tarixi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb edir. Onun arxiv sənədləri və elmi məqalələr əsasında ilk dəfə olaraq erməni millətçiliyinin genezisini aşkarlamaq, bu məsələdə erməni-qriqorian kilsəsinin rolunu açmaq cəhdi təqdirəlayiqdir.
Читать далее