Praktikaya aid siqnallar sorğusu (PASS) platforması

PASS platformasının məqsədi

·  Qanunların tətbiqində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların ifşa olunması və qanunvericilik praktikasının təkmilləşdirilməsi proseslərinə töhfə verməkdir.

·  Platforma hüquqşünaslara və sıravi vətəndaşlara praktikada bu və ya digər qanunun, yaxud aktın tətbiqi ilə bağlı boşluqlar və ya problemlər barədə vahid bir platformaya məlumat və təkliflər vermək imkanı yaradır.


İstifadə qaydaları

·     Hüququn konkret sahəsini seçib, qanunvericiliyin tətbiqi praktikası ilə əlaqədar məsələni 1000 simvol civarında yazmağınız xahiş olunur.

·     Müraciətinizdə etik qaydalara riayət etməyiniz və digər şəxslərin hüquqlarına hörmətlə yanaşmağınız xahiş olunur.

·     Problemi təsvir edərkən onun daha çox hüquqi tərəfini işıqlandırmağınız və konkret təkliflər verməyiniz məqsədəuyğun sayılır.

·     Seçiminizə uyğun olaraq anonim müraciət də göndərə bilərsiniz.

·     Müraciətiniz 1 iş günü ərzində platformanın administratoru tərəfindən yoxlanıldıqdan sonra yüklənəcək.

·     Digər şəxslər sizin məsələ və ya təkliflərə dair öz şərhlərini yaza biləcəklər. Lakin bu şərhlərin də etik qaydalara uyğunluğu administrator tərəfindən yoxlanıldıqdan sonra onlar yüklənəcək.

 




Top