Mövcud “Uşaq hüquqları haqqında” Qanun yalnız dövlət orqanları və valideynlərin vəzifələrini müəyyən edir. Rəqəmsal platformalar (sosial şəbəkələr, oyun saytları, mobil tətbiqlər) bu qanunun hüquqi subyekti deyil və platformalar uşaqlara qarşı təhqir, zorakılıq və istismar xarakterli materialların paylaşılmasına görə birbaşa məsuliyyət daşımır. Uşaqlar üçün yaş təsdiqi, şikayət mexanizmləri və ya təhlükəsizlik filtr sistemi haqqında tələblər yoxdur. Qanunda sosial şəbəkə platformalarının və rəqəmsal xidmət provayderlərinin məsuliyyətinin göstərilməməsi qanuna yeni maddənin - “Rəqəmsal platformaların uşaqların təhlükəsizliyinə dair öhdəlikləri” əlavə edilməsinə zəmin yaradır. Maddədə sosial media və rəqəmsal xidmət təminatçılarına uşaqlara dair məlumatların qorunması, yaş təsdiqi, şikayət mexanizmlərinin yaradılması və təhlükəli kontentin olduğu halıda 24 və ya 48 saat ərzində silinməsi öhdəliyinin qoyulması da təklif olunur.
Опубликовано : 14-11-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !