Azərbaycan Respublikasında hərbi xidmət keçilməsinin qaydasını müəyyən edən əsas normativ sənəd olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin mətnində bir neçə halda “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilmişdir. Lakin həmin Qanun 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 56) ilə ləğv edilmişdir və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ləğv edilmiş qanunun normativ hüquqi aktdan çıxarılmaması istinad baxımdan boşluq yaradır. Təklif edirik ki, Əsasnamənin müvafiq maddələrinə düzəliş edilsin və ləğv edilmiş qanun həmin maddələrdən çıxarılsın.
Опубликовано : 05-11-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !