Leyla Cəlil qızı Məmmədova

Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 7-ci (Uşağın nümayəndələri) və 19-cu (Valideynlərin hüquq və vəzifələri) maddələrində valideynlərin uşağın tərbiyəsi və sağlam inkişafına dair ümumi məsuliyyət qeyd olunsa da, lakin valideynlərin və ya qanuni nümayəndələrin rəqəmsal mühitdə bu məsuliyyəti göstərilmir. Eyni zamanda valideynlərin uşağın sosial şəbəkələrdə iştirakına, şəxsi məlumat paylaşımına və onlayn dostluqlarına nəzarəti barədə də hüquqi tələblər yoxdur. Həmçinin valideynin uşağın rəqəmsal təhlükəsizliyi ilə bağlı savadlandırılması məsələsi də qanunda yer almır. Qanunda valideynlərin və qəyyumların rəqəmsal nəzarət və maarifləndirmə öhdəliyinin olmaması müəyyən boşluqlar yaradır. Sadalananları nəzərə alaraq Qanuna “Valideynlərin və qəyyumların rəqəmsal məsuliyyəti” adlı maddənin əlavə edilməsi məqsədəuyğun hesab edilir. Həmçinin maddədə valideynin uşağın onlayn fəaliyyətinə yaşına uyğun nəzarət etməsi, internet davranışı barədə maarifləndirmə aparması və sosial şəbəkələrdə uşağın mənafelərinə zidd paylaşım etməməsinin bir öhdəlik kimi müəyyən edilməsi təklif olunur.


Опубликовано : 14-11-2025

Rəylər



Rəy bildir




Top