Leyla Cəlil qızı Məmmədova

Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununda “Uşağın rəqəmsal təhlükəsizlik hüququ” - rəqəmsal mühitdə uşağın şəxsi məlumatlarının, şəkillərinin, videolarının və sosial media fəaliyyətinin qorunması ayrıca tənzimlənməyib. Həmçinin uşaqların sosial şəbəkələrdə, onlayn oyunlarda və təhsil platformalarında məlumatlarının qorunması üçün hüquqi baza da müəyyən edilməyib. Bunları nəzərə alaraq, Qanuna “Uşağın rəqəmsal təhlükəsizlik hüququ” adlı ayrıca maddənin əlavə edilməsinə zərurət vardır. Maddədə uşağın rəqəmsal mühitdə şəxsiyyətinin qorunması, şəxsi məlumatlarının valideynin razılığı olmadan paylaşılmasının qadağan edilməsi və onlayn təhlükələrdən müdafiəsinin dövlət və valideynin birgə vəzifəsi kimi müəyyənləşdirilməsi və aşağıda göstərilən bəndlərin maddəyə əlavə edilməsi təklif olunur. a) Hər bir uşaq rəqəmsal mühitdə, o cümlədən internetdə, sosial şəbəkələrdə, onlayn oyun və təhsil platformalarında təhlükəsiz şəkildə iştirak etmək hüququna malikdir. b) Dövlət uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək məqsədilə qanunvericilik, texnoloji və maarifləndirmə tədbirləri görür. c) Uşağın rəqəmsal mühitdə məlumatlarının toplanması, saxlanılması, emalı və paylaşılması yalnız valideynin (və ya qəyyumun) açıq razılığı ilə mümkündür. d) Uşağın şəxsi məlumatlarının kommersiya, reklam və ya manipulyativ məqsədlərlə istifadəsi qadağandır və s.


Опубликовано : 14-11-2025

Rəylər



Rəy bildir




Top