Leyla Cəlil qızı Məmmədova

“Media haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə (Media subyektləri) yalnız audiovizual, çap, onlayn media və informasiya agentlikləri deyil, həmçinin dövlət qurumlarında fəaliyyət göstərən mətbuat və ictimaiyyətlə əlaqələr şöbələri, korporativ kommunikasiya və PR strukturlarının da daxil edilməsi məqsədəuyğun olardı. Bu bəndin tətbiqi dövlət və özəl qurumlarının informasiya siyasətinin daha şəffaf, sistemli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yarada bilər. Eyni zamanda bu dəyişiklik sayəsində dövlət qurumlarından çıxan məlumatlar ixtisaslaşmış kadrlar tərəfindən hazırlanacaq və onların işə cəlb olunması artırılacaq. Nəticədə, qurumların peşəkar mütəxəssisləri də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən qeydiyyata alınacaq, kommunikasiya standartları yüksələcək və dövlət qurumlarının informasiya idarəçiliyi daha səmərəli və hesabatlı olacaq. Bununla yanaşı media mütəxəssisləri də dövlətin qayğısı ilə əhatə olunaraq, onlar üçün nəzərdə tutulan müəyyən güzəştlərdən faydalana bilərlər.


Опубликовано : 29-10-2025

Rəylər



Rəy bildir




Top