“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı 18 yaşınadək şəxslər kimi müəyyən edilir. Lakin qanunun sosial təminat və təhsil sahələrinə dair hissələrində “onların arasından olan şəxslər” kimi ifadələr yer alır. Lakin bu ifadə faktiki olaraq 23 yaşınadək olan şəxsləri – yəni dövlət himayəsindən çıxmış, lakin sosial adaptasiya mərhələsində olan gəncləri əhatə edir. “Uşaq” anlayışı isə yalnız 18 yaşadək müəyyən edilib, maddədə faktiki olaraq 23 yaşadək olan gənclər də bu kateqoriyaya aid edilir. Qanunun adı yalnız “uşaqlar” ifadəsini əhatə edir, maddələrin məzmunu isə 23 yaşadək olan gəncləri də əhatə edir. Bu da qanunun adı ilə məzmunu arasında müəyyən normativ uyğunsuzluq yaradır. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə qanunun adında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar” ifadəsindən sonra “və gənclərin sosial müdafiəsi haqqında” və ya “və post-himayə dövründə olan gənclərin sosial müdafiəsi haqqında” sözlərinin əlavə olunması təklif olunur. Bununla yanaşı qanunun strukturunun iki əsas fəsildə - I Fəsil: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi (0–18 yaş)” və II Fəsil: “Himayədən çıxmış gənclərin sosial adaptasiyası və dövlət dəstəyi (18–23 yaş)” kimi verilməsi məqsədəuyğun hesab edilir.
Опубликовано : 29-10-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !