İşğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan “ağıllı kənd” layihəsi bərpa işlərinə töhfə verəcək

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir.
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynovun AZƏRTAC-da yer alan müsahibəsində öz əksini tapıb.
Alim vurğulayıb ki, ərazilərin bərpası fəaliyyətində dünyanın müasir çağırışları, ən qabaqcıl texnologiyaların orada tətbiq olunması qaçılmaz zərurətdir. Nəzərə almaq lazımdır ki, işğaldan ötən 30 il ərzində elm və texnika sürətlə inkişaf edib. Təəssüflər olsun ki, Qarabağ bu inkişafdan tamamilə geridə qalıb. İşğaldan azad olunmuş torpaqlarımızın bərpasında müasir texnoloji yeniliklərin tətbiqi vacibdir: “Sevindirici haldır ki, bu gün Qarabağda “ağıllı kənd” layihəsi tətbiq olunur.
Müsahibənin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiniz.


Опубликовано : 24-05-2021

Просмотры : 0