İkinci Qarabağ müharibəsi – Azərbaycanın şanlı qələbəsi

Bütün mövcud mənalarda Qarabağ ərazisi həmişə Azərbaycan ərazisi olmuşdur. Azərbaycanın xarici kommunikasiyasının böyük hissəsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ ermənilərinin nəzarəti altında olan rayonların Azərbaycana qaytarılmasına çağıran dörd qərarı ətrafında qurulub.
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Vəfa Məmmədovanın IV beynəlxalq elmi araşdırmalar konfransının (6 iyun 2021-ci il) materiallarında yer alan "İkinci Qarabağ müharibəsi – Azərbaycanın şanlı qələbəsi" adlı məqaləsində (səh. 17-21) öz əksini tapıb.
Müəllif vurğulayıb ki, Minsk qrupunun Qarabağla bağlı otuz illik fəaliyyətsizliyi, bu problemin “dondurulması” vəziyyətinə gətirib çıxaran sülhməramlı təşkilatların fəaliyyətsizliyi, Ermənistanla sərhəddə sonsuz təxribatlar və silahlı toqquşmalar Azərbaycanın müstəqil və nisbətən tez (44 gün ərzində) öz işğal altındakı torpaqlarının azad edilməsi problemini həll edib.


Опубликовано : 09-06-2021

Просмотры : 0