“Аzərbaycanda multikulturalizmin konstitusiya hüquqi əsasları” adlı məqalə nəşr olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Xəyalə Kələşovanın “Аzərbaycanda multikulturalizmin konstitusiya hüquqi əsasları” adlı məqaləsi “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransın (5 may 2021-ci il) materiallarında dərc olunub (səh. 613-616).
Məqalədə qeyd olunub ki, multikulturalizm mədəni müxtəlifliyin qorunması, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,tolerantlığa, dinc birgə yaşayışa, vahid cəmiyyətdə və dövlətdə fərqli mədəniyyətlərin qarşılıqlı fəaliyyətinə yönəlmiş demokratik dövlət anlayışı siyasətidir.Tolerantlıq və multikulturalizm Azərbaycanda tarixi köklərə malikdir, müasir Azərbaycan cəmiyyətində tolerantlıq getdikcə inkişaf edir və dövlət səviyyəsində dəstəklənir.
X.Kələşova qeyd edib ki, respublikada müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin sərbəst və dinc yaşaması üçün şərait yaradılmış, tarixi abidələr, məscidlər, kilsələr, məbədlər, sinaqoqlar qorunub saxlanılmışdır.Azərbaycan cəmiyyətindəki misilsiz tolerantlıq, mədəniyyətlərarası dialoq mühiti multikulturalizmin inkişafı üçün bir model kimi diqqəti cəlb edir.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiz.


Опубликовано : 08-06-2021

Просмотры : 68