“44 günlük diplomatiya dərsləri” geniş marağa səbəb olur

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunmuş "44 günlük diplomatiya dərsləri" adlı kitab ölkəmizin kütləvi informasiya vasitələrində geniş işıqlandırılır, böyük marağa səbəb olur.
Belə ki, news.day.az saytı "44 günlük diplomatiya dərsləri"ni "2020-ci ilin sentyabrın 27-də 1990-cı illər taktikası ilə hərəkət edən düşmənin indiyədək qeydə alınmış ən böyük təxribatına Azərbaycan ordusu bu dəfə genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamaqla cavab verdi. Prezidentimizin özünün ifadə etdiyi kimi, "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı" - deyə şərh edir.
Vurğulanır ki, Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik bacarığı ilə idarə olunan bu müqəddəs müharibə 44 gün sonra ordumuzun şanlı qələbəsi ilə başa çatdı.
Adıçəkilən məqaləni linkə daxil olaraq oxuya bilərsiniz.

Həmçinin rusdilli oxucular "1news.az" saytında da "44 günlük diplomatiya dərsləri" haqqında maraqlı xəbəri oxuya bilərlər.


Опубликовано : 14-04-2021

Просмотры : 4