“XXI əsrdə Tibb və Hüquq” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək

31 may-1iyun 2021-ci il tarixlərində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun və “İnjuria” hüquq jurnalının birgə təşkilatçılığı ilə “XXI əsrdə Tibb və Hüquq” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.
Dünya təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ Azərbaycanda hüquq elminin yeni sahəsidir. Belə ki, tibb hüququ tibbi fəaliyyət sahəsində sosial münasibətləri tənzimləyən, bir sıra hüquq normalarını özündə cəmləşdirən hərtərəfli hüquq sahəsidir. Bu sahənin inkişaf etdirilməsinin vacib olduğunu nəzərə alaraq, konfrans üçün bir çox təcrübəli hüquqşünas dəvət edilib.
Konfransda Azərbaycan, Türkiyə, İran və digər ölkələrdən dəvət olunmuş professorların, vəkillərin, tibbi müəssisə rəhbərlərinin, həkimlərin, hüquqşünasların spiker və dinləyici qismində iştirakı nəzərdə tutulur.
Həmçinin Azərbaycanda Tibb hüququ sahəsində fəaliyyət göstərən tanınmış hüquqşünas və həkimlərin bu istiqamətdə maraqlı çıxışları olacaq.


Опубликовано : 29-05-2021

Просмотры : 0