44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçi Esmira Orucovanın “Elmi İş” beynəlxalq elmi jurnalınn Humanitar və İctimai Elmlər üzrə III Beynəlxalq Elmi Konfransının Materialları toplusunda “44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri” adlı məqaləsi dərc olunub.
Məqalədə erməni millətçilərinin ölkəmizə qarşı ərazi iddiaları, erməni təcavüzkarlığı və silahlı münaqişənin əsasının başlaması, 27 sentyabr 2020-ci ildə başalayıb, 44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistan dövlətinin silahlı birləşmələri tərəfindən Azərbycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə hərbi cinayətlər ardıcıllıqla təhlil edilib. Terroru dövlət səviyyəsində dəstəkləyən Ermәnistanın hәrbi әmәliyyatlarda qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq müharibənin qanun və adətlərini pozmasının - qadağan olunmuş silahlardan, terrorçulardan, muzdlulardan istifadə edərək bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönəlmiş hərbi xarakterli əməlləri beynәlxalq müharibə cinayətləri kimi tövsif olunmasından bəhs edilir.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.


Опубликовано : 15-04-2021

Просмотры : 3