AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun cari ilin yekunlarına həsr edilmiş növbəti hesabat yığıncağı veb formatda keçirildi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun cari ilin yekunlarına həsr edilmiş növbəti hesabat yığıncağı veb formatda keçirildi. İnstitutun direktoru, direkor müavinləri, şöbə müdirləri, Elmi Şuranın üzvlərinin də qatıldığı iclasda, həmçinin AMEA-nın müxbir üzvü Könül xanım Bünyadzadə də iştirak edirdi.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə onlayn tədbir iştirakçılarına institutda ötən il ərzində görülmüş işlər və qarşıda duran məsələlər barəsində ətraflı məlumat verdi. AMEA-nın müxbir üzvü Könül Bünyadzadə də, öz növbəsində 2020-ci il üçün hazırlanmış hesabatı qənaətbəxş hesab etdi, institut əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu etdi.


Опубликовано : 01-12-2020

Просмотры : 0