COVİD-19 pandemiyasına hazırlığın gücləndirilməsinə çağırış

İslam İnkişaf Bankı (İİB) Transformasiya Fondu vasitəsilə COVİD-19 ilə mübarizədə qabaqcıl ideyaları dəstəkləyən çağırış elan edir. 01.04.2020-ci il tarixindən etibarən elan edilən “İnnovasiya çağırışı” üzv ölkələrin COVID-19 pandemiyasına hazırlığının gücləndirilməsini və pandemiya ilə mübarizəsini dəstəkləyir. Bu çağırış vasitəsilə İİB COVİD-19 pandemiyasının qarşısını almağa, sosial-iqtisadi təsirini minimuma endirməyə və üzv ölkələrin pandemiyalarla mübarizədə dayanıqlılığını inkişaf etdirməyə kömək edəcək ideyalara dəstəkləyir.
Fond xüsusi olaraq COVID-19 ilə mübarizədə BMT-nin aşağıdakı 6 Davamlı İnkişaf Hədəfi ilə bağlı müraciətləri qəbul edir:
SDG2: sıfır aclıq
SDG3: sağlamlıq və rifah
SDG4: keyfiyyətli təhsil
SDG6: təmiz su və sanitariya
SDG7: əlverişli və təmiz enerji
SDG9: sənaye, innovasiya və infrastruktur

Müraciət üçün son tarix: 01.06.2020-ci il

Ətraflı məlumatı buradan əldə etmək olar - https://www.isdb-engage.org/en/challenge/call-for-innovation-via-transform-fund-2020


Опубликовано : 14-04-2020

Просмотры : 0