Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətinin əsası tədqiq edilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və Cinayət prosesi" şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın beynəlxalq indeksli "Hüquqi elmlər və təhsil" jurnalının yeni sayında "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin
rejimlərinin pozulmasına görə cinayət məsuliyyətinin əsası" adlı məqaləsi çap olunub.
Müəllif məqalədə qeyd edib ki, insan sağlamlığını təhdid edən koronavirus (COVİD-19) epidemiyası ilə bağlı təhlükə qanunvericilik sisteminə də əlavə və dəyişikliklər etmək zərurətini yaradıb.
Be ləki, Cinayət Məcəlləsinə cinayət qanunvericiliyində mövcud olmayan yeni bir ictimai təhlükəli əməl növü – 139-1 maddəsi əlavə edilib. Həmin əməl epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması cinayətidir.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiz.


Опубликовано : 16-04-2021

Просмотры : 2