Karantin dövrü müddətində əməkdaşlarımız elmi fəaliyyətlərini davam etdirir

Bildiyimiz kimi, dünyada yayılmış Koronavirus "COVİD-19" pandemiyası ilə əlaqədar olaraq Respublikamızda da xüsusi karantin vəziyyəti elan olunub. Karantin dövrü müddətində bir çox təşkilat və müəssisələr, dövlət qurumları, təhsil ocaqları kimi Azərbaycan Milli Elmlər Akademiyası da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Məlum vəziyyətlə əlaqədar olaraq AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları da öz elmi fəaliyyətlərini "Evdə qal, saglam qal" çağırışına uyğun olaraq, ev şəraitində davam etdirir.
Mart-aprel ayı üçün olan fəaliyyət hesabatımızda qeyd etmişdik ki, əməkdaşlarımızın bir çoxunun məqaləsi nəşrə hazırdır, bəziləri isə artıq çap olunmaq ərəfəsindədir.
Aprel ayında "Humanitar və İctimai Elmlərin Əsasları" mövzusunda keçirilməsi nəzərdə tutulan l Respublika elmi konfransına əməkdaşlarımız tərəfindən təqdim olunmuş konfrans materialları artıq çapdan çıxıb.
İnstitumuzun "Dövlət təhlükəsizliyinin hüquqi təminatı" şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın "Erməni terrorizmi bəşəriyyət üçün təhlükəli problem"(səh.101-104), "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin böyük elmi işçisi, h.ü.f.d. Sevinc Hüseynovanın "Cinayət məsuliyyətinin hüquqi əsasları", (səh.113-118),"Dövlət təhlükəsizliyinin hüquqi təminatı" şöbəsinin böyük elmi işçisi Xəyalə Kələşovanın "İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə törədilən cinayətlər" (səh.122-124) adlı məqalələri dərc olunub.
Linkə daxil olmaqla məqalələri oxuya bilərsiz - file:///C:/Users/USER-01/Downloads/1588193137_-pespublka-konfrans.pdf


Опубликовано : 02-05-2020

Просмотры : 0