Ordumuz beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatlarında dünyanın güclü ordularından biri kimi qiymətləndirilir

İkinci Qarabağ müharibəsi Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi kimi əbədi olaraq tariximizə yazıldı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə deyib.
O bildirib ki, erməni silahlı qüvvələrinin 1988-ci ildən başlayan hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun 600 mindən çox sakini öz yaşayış yerlərindən məhrum edilərək respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox məskunlaşma obyektində məcburi köçkün həyatı yaşamağa başladı.
Müsahibənin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiniz.


Опубликовано : 06-07-2021

Просмотры : 1