Yatmış şəhərin faciəsi

AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən 4 oktyabr, 8 oktyabr, 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə vaxtı, müharibə qaydalarına zidd olaraq, erməni quldurları tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin ballistik raket atəşinə tutulması ilə hərbi cinayətin (terror aktı) törədilməsi faktını özündə birləşdirən, insan haqlarının, beynəlxalq hüquq normalarının pozulmasını, insanlığa qarşı yönəlmiş vəhşiliyi əks etdirən "Yatmış şəhərin faciəsi" adlı videoçarx ingilis və rus dillərində hazırlanmışdır. Görüntülərin hazırlanmasında əsas məqsəd, hərbi cinayətin və onun fəsadlarının günahkarları barəsində məlumatların mümkün qədər tez və sürətli şəkildə yayılmasını təmin etmək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, təqsirkarların məsuliyyətə cəlb edilməsinə nail olmaqdır.
Sözügedən məlumatlar tablosunu diqqətinizə təqdim edirik:
"Yatmış şəhərin faciəsi" adlı videoçarxa ingilis dilində linkə daxil olmaqla baxa bilərsiniz.

Rus dilində videoçarxa buradan baxa bilərsiniz.


Опубликовано : 29-11-2020

Просмотры : 12