ELAN! “Hüquq sahəsində məqalə dərc edən jurnallara dair Monitorinq Hesabatı”nın təqdimatına dəvət

Hörmətli hüquq tədqiqatçıları,

Hüquq və İnsan Haqları İnstitutu ölkədə nəşr olunan hüquq jurnallarının hazırkı vəziyyəti həsr olunmuş “Hüquq sahəsində məqalə dərc edən jurnallara dair Monitorinq Hesabatının təqdimatını keçirəcək.

Tədbir zamanı hüquq jurnallarının cari vəziyyəti, oxucular arasında onların populyarlığı, hüquq sahəsində məqalələrin keyfiyyəti və s.məsələlər müzakirə olunacaq. 

 

Kimlər iştirak edə bilərlər?

– Hüquq  tədqiqatçıları

– Hüquq tələbələri

Elmi araşdırmaya marağı olan hüquqşünaslar

 

Tarix: 03 mart 2026-cı il

Saat: 11:00-12:45 (qeydiyyat saat 10:30-da başlayır)

Məkan: Hüquq və İnsan Haqları İnstitutu (Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 125)

 

Qeydiyyat:

Tədbirdə iştirak üçün qeydiyyat linki:  https://forms.gle/ybKFaiU1KeEVrxT89

Qeydiyyat üçün son tarix: 02 mart 2026-cı il, saat 14:00 (yerlərin say məhdud olduğundan qeydiyyat linki daha tez bağlana bilər)

 

Əlaqə nömrəsi: (012) 537-20-73


Опубликовано : 27-02-2026

Просмотры : 50