ELAN! Hüquq tədqiqatçısı – aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Vəzifə: hüquq tədqiqatçısı – aparıcı mütəxəssis
İş qrafiki: tam iş vaxtı
Vəzifə maaşı: 1500 manat
Vəzifə öhdəlikləri:
· müvafiq hüquq sahələri üzrə fundamental və tətbiqi elmi tədqiqat və araşdırmalar aparmaq;
· elmi-praktiki kommentariyalar, hüquqi rəylər hazırlanmaq;
· normativ hüquqi aktlarda boşluqların, kolliziyaların və sui-istifadə amillərinin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qüvvədə olan normativ hüquqi aktların hüquqi təhlilini aparmaq və nəticələrindən asılı olaraq təkliflər vermək;
· hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların qanunvericiliyə təsirinin qiymətləndirilməsini aparmaq;
· Azərbaycan Respublikasının və xarici dövlətlərin qanunvericiliyinin müqayisəli hüquqi tədqiqatını aparmaq və nəticəsi nəzərə alınmaqla təkliflər vermək;
· Beynəlxalq insan hüquqları təsisatlarının və məhkəmələrinin Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq təkliflər hazırlamaq.
Namizədə olan tələblər:
· ali təhsil (hüquqşünaslıq, beynəlxalq hüquq);
· ən azı 2 il iş təcrübəsi;
· müvafiq sahəyə dair beynəlxalq təsisatların qəbul etdiyi sənədləri və Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
· hüquqi yazı bacarığına malik olmaq;
· hüquqi tədqiqat və müqayisəli təhlil bacarığına malik olmaq;
· Azərbaycan dili (əla) və ingilis dilini bilmək;
· MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. proqramlardan yüksək səviyyədə istifadə etmək bacarığı;
· elektron axtarış sistemlərinin imkanlarından istifadə etməklə, hüquqi sənədlərin əldə edilməsi bacarığına malik olmaq.
Müraciət qaydası:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla, 26 dekabr 2025-ci il saat 12:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.
Опубликовано : 16-12-2025
Просмотры : 203