ELAN! “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs tərəfindən işə qəbul üçün müsabiqə elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Struktur bölmə: Sənədlərlə iş şöbəsi
Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
– kargüzarlıq işini təşkil edir və həyata keçirir;
– İnstitutun elmi kitabxanasının fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir.
Vəzifə: kitabxanaçı
Vəzifə maaşı: 1200 manat
Vəzifə öhdəlikləri:
– kitabxana fondunu və informasiya resurslarını İnstitutun profilinə, məqsədinə, oxucuların informasiya tələbatına uyğun formalaşdırmaq;
– kitabxana işini təkmilləşdirmək və müasirləşdirmək;
– elektron-məlumat bazalarını yaratmaq və təkmilləşdirmək;
– kitabxana fondunun tədricən müasir informasiya daşıyıcılarına köçürülməsini təmin etmək;
– elektron kitabxana xidmətini genişləndirmək;
– istifadəçilərin elektron-məlumat bazalarından (internet və s.) maksimum istifadəsi üçün real şərait yaratmaq;
– İnstitutun apardığı maarifləndirmə işində fəal iştirak etmək;
– oxucuların ənənəvi və elektron sənədlərə olan tələbatını tam ödəmək məqsədilə digər kitabxanalarla, elmi-texniki informasiya orqanları ilə kooperasiya yolu ilə əlaqə yaratmaq;
– kitabxananın maddi-texniki bazasını inkişaf etdirmək məqsədilə təsərrüfat fəaliyyətini daha da təkmilləşdirmək, komfort kitabxana mühiti yaratmaq və əlverişli kitabxana xidmətini həyata keçirmək;
– kitabxana fondunun uçotunu və yerləşdirilməsini, müvafiq rejimdə saxlanılmasını, bərpa edilməsini və mühafizəsini təmin etmək;
– abonementlərdə, oxu zallarında, o cümlədən elektron oxu zallarında oxuculara xidmət göstərmək;
– kitabxanadan istifadə qaydalarına uyğun olaraq, bütün kateqoriyalardan olan oxuculara kitabxana xidmətləri göstərmək;
– ədəbiyyat seçimində, məlumat axtarışında oxuculara kömək etmək.
Namizədə olan tələblər:
– kitabxanaçılıq və informasiya fəaliyyəti və ya kitabşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 2 ildən az olmayan əmək stajı.
Dil bilikləri:
– Azərbaycan dili (ingilis və rus dillərini bilmək arzuolunandır).
Kompüter biliklərinə dair tələblər:
– MS Office Proqramlarından istifadə - orta səviyyə;
– internetdən istifadə - orta səviyyə.
Şəxsi xüsusiyyətlər:
– yüksək təşkilatçılıq bacarığı;
– məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
– yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.
Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 18 yanvar 2024-cü il (saat 15:00-dək) tarixinədək info@lhri.az email-nə göndərilməlidir.
Опубликовано : 08-01-2024
Просмотры : 584