Elan! “III Beynəlxalq Ailə Hüququ Konfransı”na dəvət
İnjuria Hüquq Platforması, Çağ Universiteti, Beynəlxalq Ailə Hüququ İnstitutu və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşkilatçılığı ilə III Beynəlxalq Ailə Hüququ Konfransının keçirilməsi nəzərdə tutulur.
Konfransın təşkil olunmasının əsas məqsədi ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, həm akademik, həm də nəzəri-praktik yanaşmalar əsasında təcrübə mübadiləsinin həyata keçirilməsidir.
Konfrans çərçivəsində müzakirə olunacaq məsələlər:
Ailə hüququnun aktual məsələləri, o cümlədən uşaq hüquqlarının müdafiəsi, qadın hüquqları, mediasiyanın tətbiqi, məhkəmə və mediasiya institutları arasında qarşılıqlı əlaqə, eləcə də transsərhəd ailə mübahisələri.
Konfransda dövlət qurumlarının nümayəndələrinin, TR Arabuluculuk Kurumu üzvlərinin, vəkillər və hüquqşünas alimlərin iştirakı nəzərdə tutulur.
📅Tarix: 04 sentyabr 2026-cı il
⏰Vaxt: 09:00 – 14:00
📍 Məkan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 125, Hüquq və İnsan Haqları İnstitutu
Qeyd: Konfransda iştirak ödənişsizdir. Yerlərin sayının məhdud olması səbəbindən qeydiyyatdan keçmiş yalnız ilk 40 nəfər tədbirə dəvət olunacaq. Digər şəxslər tədbirə hibrid formada qoşula bilərlər.
Qeydiyyat: Tədbirdə iştirak üçün qeydiyyat linki: https://forms.gle/gSbqpCcciFzYPPbK8
Qeydiyyat üçün son tarix: 10 avqust 2026-cı il, saat 12:00
Опубликовано : 14-07-2026
Просмотры : 74