Hüquq və İnsan Haqları İnstitutu hüquqşünasları və hüquqşünas tələbələri təlimə dəvət edir

Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa Şurası arasında bağlanılmış 192/2023 saylı anlaşmaya əsasən, İnstitut 27 iyul 2023-cü il tarixində “AİHK-nın 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda yarımgünlük təlim keçirir. 

Təlim İnstitutumuzun təlimçi-ekspertləri tərəfindən keçiriləcək.       

Təlimə Vəkillər Kollegiyasının üzvləri (gənc vəkillər), hüquqşünas tələbələr, praktik hüquqşünaslar dəvətlidir. İştirak etmək istəyənlər öz CV-lərini info@lhri.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.Təlim ödənişsizdir.Müraciət üçün son tarix: 21 iyul 2023-cü il, saat 12:00.

Təlimin gündəliyi iştirakçıların elektron poçtuna göndəriləcək.

Təlimin keçiriləcəyi ünvan: Bakı, Nəsimi rayonu Mərdanov qardaşları küç.117 C, Ritz plaza, 7-ci mərtəbə. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin konfrans zalı




Опубликовано : 2023-07-12 17:29:00
Просмотры : 599