Hüquq və İnsan Haqları İnstitutu təcrübə proqramı elan edir!

Hüquq və İnsan Haqları İnstitutu təcrübə proqramı elan edir!

 

Kimlər müraciət edə bilər?

·         Ali təhsil müəssisələrində hüquqşünaslıq və jurnalistika ixtisası üzrə 3-cü və 4-cü kurs bakalavr və ya magistratura pilləsində təhsil alan tələbələr

·         Göstərilən ixtisaslar üzrə yeni məzun olmuş gənclər

 

Təcrübə proqramının müddəti və yerlərin sayı:

·         4 və ya 8 həftə müddətində

·         tələbələr üçün yarım iş günü rejimi nəzərdə tutulur 

·         hər ixtisas üzrə 3 təcrübəçinin seçilməsi nəzərdə tutulur

 

Təcrübə proqramında iştirak etmək istəyən şəxslər öz CV-lərini 01 noyabr 2023-cü il  tarixədək info@lhri.az elektron poçt ünvanına göndərə bilər.

Təcrübə proqramı ödənişsizdir.

Təcrübə proqramını uğurla bitirmiş şəxslər sertifikatla təltif olunacaqlar.


Опубликовано : 18-10-2023

Просмотры : 122