Архив

Yaşıl istedadlar müsabiqəsinə qəbul başlandı

Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi (BMBF) tərəfindən “Yaşıl istedadlar 2020” müsabiqəsi üçün (https://www.greentalents.de/img/content/GT_Flyer_2020_barrierefrei.pdf) ərizələrin qəbuluna başlanmışdır. 2009-cu ildən etibarən keçirilən müsabiqənin məqsədi davamlı inkişaf sahəsində fəal olan qabaqcıl gənc tədqiqatçı və alimlərin mükafatlandırılmasından, onların Almaniyanın müvafiq elmi-tədqiqat institutları ilə təmaslarının yaradılması və ölkəyə elm xadimlərinin cəlb edilməsindən ibarətdir.

Читать далее

Наша бесплатная служба юридической помощи продолжает работать в течение дней карантина

Проект «Служба бесплатной юридической помощи», осуществляемый совместно отделом «Международное право» Института права и прав человека НАНА и Всемирного банка, который начал действовать в марте 2018 года, предоставляет бесплатные услуги тысячам людей.

Читать далее

Karantin dövrü müddətində əməkdaşlarımız elmi fəaliyyətlərini davam etdirir

Bildiyimiz kimi, dünyada yayılmış Koronavirus "COVİD-19" pandemiyası ilə əlaqədar olaraq Respublikamızda da xüsusi karantin vəziyyəti elan olunub. Karantin dövrü müddətində bir çox təşkilat və müəssisələr, dövlət qurumları, təhsil ocaqları kimi Azərbaycan Milli Elmlər Akademiyası da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Məlum vəziyyətlə əlaqədar olaraq AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları da öz elmi fəaliyyətlərini "Evdə qal, saglam qal" çağırışına uyğun olaraq, ev şəraitində davam etdirir.

Читать далее

Aytən Mustafazadə: “Martın 20-dən aprelin 15-dək 614 nəfər ödənişsiz hüquqi yardım xidmətindən onlayn formada yararlanıb”

Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun bir çox alim və mütəxəssisi müxtəlif elmi-tədqiqat işləri üzərində fəaliyyətlərini davam etdirirlər. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsləri də öz üzərinə düşən vəzifələri yerinə yetirir, əməkdaşların gördüyü işləri mütəmadi olaraq işıqlandırırlar. Bu barədə institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə müsahibə verib. O, bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları müvafiq elmi fəaliyyət sahələrinə uyğun olaraq onlayn konfranslara qatılır, görüşlərdə iştirak edir, həmçinin yazdıqları elmi məqalə və tezisləri müxtəlif dövrü nəşrlərə təqdim edirlər.

Читать далее

“Elmi-texniki tərəqqi, süni intellekt və hüquq” monoqrafiyası çapa hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanov “Elmi-texniki tərəqqi, süni intellekt və hüquq” monoqrafiyasını çapa hazırlayır. Monoqrafiyada elmi-texniki tərəqqinin nəzəri aspektləri, sosial-hüquqi problemləri, süni intellekt və hüququn qarşılıqlı əlaqəsi, süni intellektin hüquqi tənziminin aktuallığı və bu sahədə mövcud yanaşmalar və çağırışlar tədqiq edilir.

Читать далее

Tədqiqatçımız “İnnovasiya çağırışı”na qoşuldu

Dünyada yayılmış Coronovirus (COVİD-19) pandemiyasının güclənməsinin qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində institutumuzun gənc tədqiqatçılarından olan Səbinə Əsədova İslam İnkişaf Bankı Transformasiya Fondunun “İnnovasiya çağırışı”na qoşularaq “Rəqəmsal Transformasiya: İqtisadi böhranın qarşısının alınması mexanizmi kimi”adlı tədqiqat işi ilə COVİD-19 pandemiyasının sosial-iqtisadi təsirini minimuma endirməyə kömək edəcək ideyaların dəstəklənməsi istiqamətində işləyir.

Читать далее

Altı yüzdən çox vətəndaşa onlayn pulsuz hüquqi xidmət göstərilib

Pulsuz hüquqi yardım xidməti dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını rəhbər tutaraq vətəndaşların qəbulunu və telefon zənglərinin cavablandırılmasını müəyyən müddətə qədər dayandırıb.

Читать далее
Top