İbtidai araşdırma mərhələsində vəkilin iş materiallarına çıxış imkanları - Azərbaycan Vəkili Jurnalı №21 (2022)

Description:

Vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində, insanların bir sıra konstitusion hüquqlarının, xüsusilə də yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsində mühüm rol oynayırlar. Vəkil müdafiəçi kimi şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə prosessual fəaliyyəti həyata keçirən, nümayəndə kimi isə zərərçəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən, hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirən şəxsdir. Cinayət işləri ilə bağlı təcrübə göstərir ki, xüsusilə ibtidai araşdırma (təhqiqat və ibtidai istintaq) mərhələsində vəkillərin fəaliyyəti bir sıra hüquqi maneələrin olması, onlara bu mərhələdə müdafiə və ya təmsil etdiyi şəxslərin hüquqlarının qorunmasında müəyyən çətinliklər yaradır. Vəkillərin həmin mərhələdə cinayət işinin materiallarına çıxışına, orada olan sənədlərlə vaxtında tanış olmalarına və surətlərinin çıxarılmasına qoyulan hüquqi məhdudiyyətlər bu qəbildəndir.


Müəllif : Allahverən Oruclu
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top