Mәqalәdә idman fәaliyyәti haqqında müqavilәlәrin beynәlxalq vә milli hüquqda tәnzimlәnmәsi barәdә mәsәlә tәdqiq olunur. Qeyd edilir ki, tәdqiqatın mәqsәdi idman sahәsindә beynәlxalq normaların vә digәr beynәlxalq mexanizmlәrin, onlarla qarşılıqlı şәkildә isә Azәrbaycan Respublikası qanunvericiliyinin әsas xüsusiyyәtlәrinin nәzәri, hüquqi vә praktiki baxımdan araşdırmaqdan ibarәtdir. Hәmçinin idman sferasında beynәlxalq mexanizmlәrin Azәrbaycan Respublikasının milli qanunvericiliyinә implementasiyası ilә bağlı problemlәr nәzәrdәn keçirilir. Eyni zamanda, universal beynәlxalq mexanizmlәrin idman sahәsindә әmәkdaşlığın nizamlanmasında oynadığı rol vә onun hüquqi aspektlәrinә xüsusi diqqәt yetirilir.
Qiymətləndir