İnsan hüquqları kontekstində ekoloji təhlükəsizliyinin təmin edilməsi vacib məsələ kimi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2025

Description:

Məqalədə qeyd olunur ki, müasir dövrdə baş verən qlobal problemlərin ətraf mühitə təsirinin artması fonunda ekoloji təhlükəsizliyin təmin edilməsi müxtəlif səviyyəli beynəlxalq hüquqi aktlarda əksini tapmış beynəlxalq hüquqi mexanizmlərin inkişafını tələb edir. Beynəlxalq hüquqi tənzimetmənin həlledici elementi olaraq ekoloji təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə müqavilə əməkdaşlığının spesifik xüsusiyyətləri həm dünya birliyi, həm də ayrı-ayrı dövlətlər səviyyəsində qüvvədə olan normaların effektivliyində öz əksini tapır. Qlobal səviyyədə ekoloji təhlükəsizliyin təmin edilməsi məsələsi üzrə milli implementasiya mexanizminə təsir edən dövlətlərin müqavilələr bağlamaq təşəbbüsləri yüksələn xətlə inkişaf edir. Daha sonra qeyd olunur ki, ətraf mühitin mühafizəsinin beynəlxalq hüquqi tənzimlənməsi çətin, ardıcıl və dinamik inkişaf edən mexanizm olaraq, zamanın ekoloji çağırışlarına cavab olaraq özünün tənzimedici təsirinin genişlənməsi və dərinləşməsi tendensiyasını nümayiş etdirir. Bununla yanaşı, həmin inkişafa xas olan xarici və daxili meyarlarla ölçülən xüsusiyyətlər mövcuddur.


Müəllif : Mehdiyev N.H.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 13

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top