İnsan hüquqlarının hüquqi təminetmə üsulları - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2025

Description:

Məqalədə ən əvvəl qeyd olunur ki, insan hüquqlarının təmin olunmasının səmərəliliyi çoxsaylı amillərdən asılıdır və bu zaman konstitusiya-hüquqi, inzibati-hüquqi, mülki-hüquqi, cinayət-hüquqi, beynəlxalq-hüquqi təminetmə üsulları tətbiq olunur. Bildirirlir ki, insan hüquq və azadlıqlarının təminatı institutunun əsas elementi qismində insan hüquq və azadlıqlarının konstitusiya təminatları çıxış edirlər. Məqalədə qeyd olunur ki, insan hüquq və azadlıqlarının təminatının mülki-hüquqi üsulu inzibati-hüquqi üsulla müqayisədə olduqca mürəkkəbdir. Bununla yanaşı, vurğulanır ki, müasir şəraitdə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə beynəlxalq-hüquqi mexanizmlərin tətbiqi dövlətlərin daha sıx əməkdaşlığını tələb edir. Bu əməkdaşlıq insan hüquqlarının daha etibarlı təminatı üçün geniş imkanlar verir və bu hüquqların pozulmasının qarşısının alınmasına şərait yaradır.


Müəllif : Səmədov M.N.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top