nsan hüquqlarının pozulmasına görə dəyən mənəvi zərərin xüsusiyyətləri - Elmi məcmuələr Jurnalı Cild 25 №4 2023

Description:

Hər bir insanın cəmiyyətdə şəxsiyyət kimi formalaşmasını tənzimləyən mühüm keyfiyyətlərdən biri də həmin şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzudur. Qeyri-əmlak xarakterli hüquqlar pozulan zaman şəxs ona dəyən mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna sahibdir. Bu, əvvəllər əxlaqdan kənar hesab olunurdusa, günümüzdə demokratik cəmiyyətin mühüm tələblərindən biri hesab olunur. Ölkə ərazisində məhkəmə təcrübəsinin təhlili bizə sübut edir ki, mənəvi zərərin kompensasiyası ilə bağlı olan məhkəmələr tərəfindən baxılan mülki işlərin 80 % hissəsini kütləvi informasiya vasitələrində həqiqətə zidd olan və fiziki şəxslərin mənafeyinə xələl vuran məlumatların yayılması ilə bağlı olan şərəf və ləyaqətin müdafiəsi ilə əlaqəli işlərdən təşkil olunur. Buna əsas səbəb kimi isə qüvvədə olan qanunvericiliyin tam təkmilləşdirilməməsidir. Məhz bu məqalədə mənəvi ziyanın ödənilməsi ilə bağlı olaraq həm nəzəriyyədə, həm də praktikada tez-tez rast gəlinən və hələ də birmənalı həllini tapmayan problemlər araşdırılır


Müəllif : Qasımzadə İ.İ.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 54

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top