Məqalədə internet provayderlərin məsuliyyətinə dair təcrübənin Azərbaycan, Türkiyə və Avropa hüquqi tənzimlənməsi əsasında müqayisəli təhlili aparılır. Qeyd edilir ki, virtual məkanda paylaşılan məzmuna görə provayderlərin məsuliyyət məsələsi iki əsas informasiya hüquqi tədqiqat mövzusunun vəhdəti kimi internetin tənzimlənməsinə və informasiya hüquqi məsuliyyətə əsaslanır. Sonda belə bir nəticəyə gəlinir ki, Azərbaycan Respublikasının qanunvericiliyində internet provayderlərin təsnifatı aparılmamışdır. Belə ki, host provayderi, internet informasiya ehtiyatının sahibi və telekommunikasiya operatoru və provayderi ifadələrindən istifadə olunur. Yalnız host provayderə verilən hüquqi anlayış beynəlxalq normalara və qabaqcıl xarici təcrübələrə uyğun gəlir. İlkin hüquqi anlayışların olmaması hüquq və azadlıqların pozulması zamanı məsuliyyət məsələlərinin həllində də çətinlik törədir.
Qiymətləndir