Kitabda bir fəlsəfi-elmi obyekt kimi “insan hüquqları” anlayışının fəlsəfi-məntiqi metodlarla dərk olunmasının bəzi aspektləri öz əksini tapır. İnsan hüquqları anlayışının tərkib və bütöv halda öyrənilməsinin əsasları müəyyən olunur. İnsan hüquqları anlayışına ontoloji və qnoseoloji nöqteyinəzərdən izahlar verilir, hər iki aspektdə ümumiləşdirilmələr aparılır. Belə qərara gəlinir ki, insan özü təbii bir varlıqdır. Onun hüquqları da ontoloji əsaslara, yəni təbii əsaslara malikdir. Eyni zamanda insan hüquqları qnoseoloji baxımdan da dərk olunur. Belə ki, qərara gəlinir ki, insan hüquqları nəzəri fikirlərdən ibarətdir, bu fikirlər epistemoloji (kifayət qədər əsaslandırılmış həqiqi, faktiki elmi biliklər (gerçək biliklər) nöqteyinəzərdən) olaraq, sistemli əsaslarla təhlil olunur. İnsan hüquqları anlayışının dialektik vəhdətdə dərk olunması haqqında bəzi fikirlər yer alır. Həmçinin kitabda insan hüquqlarının fəlsəfi kateqoriyalarla dərk olunmasının da əsasları öz əksini tapır. Burada fəlsəfi kateqoriyalar hüquqların sistemli olaraq inkişafının dərk olunmasını meydana gətirir. Əlavələr hissəsində obyektlərin predmet kimi öyrənilməsində istifadə edilə biləcək elmi-metodoloji aspektlər izah olunur. Kitabda əksini tapan fikirlər hüquq fəlsəfəsinin tərkib hissəsi olduğundan, əsər hüquqşünaslar, fəlsəfə ilə maraqlananlar, siyasətşünaslar və humanitar elmin digər sahələri üzrə araşdırma aparanlar üçün faydalı ola bilər.
Qiymətləndir