Məqalə sosial dövlət konsepsiyasının bir sıra cəhətlərinin təhlilinə həsr edilmişdir. Məqalədə sosial dövlətin yaranma səbəblərinə toxunulur və həmin səbəblərin XXI əsrdə mövcudluğu tədqiq edilərək indiki dövrdə sosial dövlətə ehtiyac duyulub-duyulmaması tədqiq edilir. Məqalədə Azərbaycan hüquq ədəbiyyatı üçün yeni olan başqa bir problemə qloballaşma və sosial dövlətin rəqabətinə yer ayrılır, onlar həm ayrı-ayrılıqda ələ alınır, həm də müqayisəli təhlil metodunun tətbiqi ilə hər ikisinin eyni anda mövcudluğu ehtimalı nəzərdən keçirilir.
Qiymətləndir