Araz çayının Ermənistan tərəfindən çirklənməyə mə ruz qalması barədə İran İslam Respublikasında da ekoloqlar tərəfindən informasiyalar yayılmaqdadır. İran parlamentində Araz çayının Ermənistan tərəfindən çirklənməsi ilə bağlı çıxışlar olub. Həmin çıxışlarda Ərdəbil vilayətinin Muğan bölgəsində əhali arasında xərçəng xəstəliyinin artmasının səbəbinin Ermənistan ərazisində Araz çayının çirklənməyə məruz qalması göstərilir, Ermənistanın çaya radioaktiv tullantılar ataraq ekologiyaya böyük ziyan vurduğu da məruzədə qeyd edilir.
Qiymətləndir