“Axtarış və götürmə” istintaq hərəkəti cinayətlərin araşdırılması və açılmasında mühüm məsələlərdən biri olan sübut probleminin həllidir. Bir çox hallarda məhz bu istintaq hərəkəti vasitəsilə sübutlar aşkar edilir və götürülür. Məhz buna görə də bu istintaq hərəkətləri zamanı əməli və təşkilati hazırlıq işlərində yaranan problemlər cinayət təqibinin düzgün aparılmamasına və iş üzrə sübutların itirilməsinə səbəb ola bilər. Bunun üçün bu istintaq hərəkətinin aparılması ilə bağlı mövcud normativ hüquqi aktlara əməl edilməli, müasir dövrün tələblərinə uyğun olaraq texniki və məhkəmə-tibbi vasitələrdən istifadə edilməklə “Axtarış və götürmə” həyata keçirilməlidir
Qiymətləndir