Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə görə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi qaydasının hüquqi tənzimlənməsi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2024

Description:

Məqalədə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə görə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi qaydasının hüquqi tənzimlənməsi ilə əlaqədar məsələlər tədqiq edilmişdir. Əmək qanunvericiliyi şəxsin məsuliyyətə cəlb edilməsi qaydasını ətraflı və dəqiq müəyyən edən bir sıra hüquq sahələrinin (məsələn, inzibati xətalar və ya cinayət-prosessual qanunvericiliyinin) normalarından işçinin vurduğu ziyanın ödənilməsi prosedurunun prosessual xüsusiyyətlərinin daha az dəqiqləşdirilməsi ilə fərqlənir. AR-in və RF-in əmək məcəllələrinin müvafiq normalarının təhlili işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı prosesin kifayət qədər konkret mərhələlərini müəyyən etməyə imkan verir. İlkin mərhələ işəgötürənə ziyanın vurulması faktı, bu ziyanın vurulduğu hallar haqqında dəqiqləşdirici məlumatların toplanması ilə müəyyən edilir. Növbəti mərhələdə işəgötürən qeyd olunan qərarı qəbul etməli və vurulmuş ziyanın məbləğinin geri qaytarılmasının sonrakı mümkün alqoritmini seçməlidir. Müvafiq əmrlə rəsmiləşdirilmiş araşdırmanın nəticələri ilə tanış olduqdan sonra işçinin ziyanı könüllü surətdə ödəmək hüququ yaranır. Bu mərhələdə işçi ziyanın könüllü surətdə ödənilməsi haqqında sazişə əsasən onu tam və ya qismən ödəyir. Daha sonra işəgötürənə vurulmuş ziyanın məbləğinin işçidən tutulması prosedurunu


Müəllif : Həsənli N.M.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 104

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top