Azərbaycan Respublikasında əqli mülkiyyət hüququnun cinayət hüquqi müdafiəsinin əsasları Xülasə - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 2024

Description:

Məqalə əqli mülkiyyət hüququnun əsaslarını, əqli mülkiyyət hüquqları əleyhinə cinayətlərin anlayışını konstitusion və cinayət hüquqi aspektdən tədqiq edir. Araşdırma zamanı əqli mülkiyyətin nəzəriyyədəki təsnifatına uyğun olaraq cinayət qanunvericiliyində təsbit olunmuş cinayət tərkibləri, habelə əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması ilə bağlı yaranan münasibətlər nəzəri olaraq şərh edilmişdir. Həmçinin mövzuda müstəqillik dövründən əvvəl qüvvədə olan cinayət qanunvericiliyində əqli mülkiyyət hüquqlarının təsbitinin səciyyəvi xüsusiyyətləri müasir qanunvericilik aktlarında həmin hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı normalarla qarşılıqlı təhlil edilmişdir


Müəllif : Ayişə Əliyeva Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının II kurs magistrı, polis leytenantı
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 435

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top