Azərbaycan Respublikasında vergi işləri üzrə mübahisələrin həllinin yeni üsulu kimi vergi ombudsmanı institutu: qarşısına qoyulmuş məqsədlər, səmərəliliyinin və zəruruliyinin təhlili - Azərbaycan Hüquq Jurnalı №3 (2025)

Description:

Vergi mübahisələri digər mübahisələrdən öz spesifik xüsusiyyətlərinə görə fərqlənirlər. Onların həlli üsullarını da ənənəvi və ənənəvi olmayan üsullar kimi qruplaşdıra bilərik. Ənənəvi üsullara vergi mübahisələrinin inzibati və məhkəmə qaydasında həll yolları daxildirsə, qeyri-ənənəvi üsullara mübahisələrinin alternativ həll yolları və vergi ombudsmanları institutlarını aid edə bilərik. Mübahisələrin alternativ həlli üsullarının seçilməsi hüquqi və fiziki şəxslərin şikayətlərinin hər zaman inzibati orqana və məhkəməyə deyil, digər qurumlara da ünvanlana bilməsinə şərait yaradır, mübahisələrin daha çevik həllinə xidmət edir, məhkəmələrin həddən artıq iş yükü ilə yüklənməsinin qarşısını alır. Bu məqalədə vergi ombudsmanı institutunun vergi mübahisələrinin həll üsulu kimi yaranması və inkişafı, müxtəlif ölkələrdə vergi ombudsmanı təsisatı modelləri, ölkəmizdə onun tətbiqi və zəruri olub-olmaması barədə danışacayıq. Vergi ombudsmanlığı institutu nəinki Azərbaycanda, həmçinin bütün dünyada nisbətən yeni institut olmaqla bərabər, tətbiqində də kifayət qədər çox mübahisəli məqamlar mövcuddur. Bir qrup tədqiqatçılar vergi ombudsmanlığı institutunun vergi mübahisələrinin həllində kifayət qədər səmərəli olmadığı qənaətindədirlər, bunu vergi ombudsmanının qərarlarının tövsiyə xarakterli olması, məcburi icraya yönəlməməsi ilə əlaqələndirirlər. Digər qrup müəlliflər vergi ödəyicilərinin hüquqlarının müdafiəsi kontekstində vergi ombudsmanlığı institutunun perspektivli və səmərəli bir təsisat olacağı qənaətindədirlər. Vergi ombudsmanlarının müstəqil təsisat kimi, yoxsa vergi administrasiyalarının struktur quumu kimi daha səmərəli olması bu mövzuda digər mübahisəli məqamdır. Məqalədə bu və digər məsələlər barədə geniş araşdırılma aparılmışdır.


Müəllif : Əsmər Əliyeva, Fərda Cabbarlı, Aygün Hacıyeva
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 12

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top