Azərbaycanda konstitusiyaçılığın tarixi-hüquqi təkamülünün bəzi aspektləri (XX əsrin 50-60-cı illəri) - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2025

Description:

Ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında mövcud siyasi sistemin əsas prinsiplərinə – təkpartiyalılığa, Kommunist partiyasının bütün dövlət təsisatları üzərində amirliyinə toxunmadan ictimai təşkilatların, xalq hakimiyyəti orqanlarının fəaliyyətini nisbətən canlandırmaq üçün şərait yaranmışdı. Həmin dövrdə “kommunizm cəmiyyətinə keçid” məfkurəsi kontekstində formalaşan “ümumxalq dövləti” doktrinası özündə həm əvvəlki proletar diktaturası doktrinasının varisliyi kimi, həm də dövlətin sosial fəaliyyətinin və siyasi inkişafın vəzifələrinin yeni anlamı kimi elementləri əks etdirirdi. Vətəndaşların ölkənin siyasi sistemində Sovetlər vasitəsilə təmsilçiliyinin genişləndirilməsi siyasi monizm prinsipinin müəyyən qədər məhdudlaşdırılması ilə əlaqədar idi. Hakimiyyət və idarəetmə təsisatlarının, eləcə də məhkəmə sisteminin təşkili və fəaliyyəti, sosial-mədəni və iqtisadi sferada baş verən çoxsaylı dəyişikliklər konstitusiya qanunvericiliyinin yenilənməsini labüd şəkildə ortaya çıxarırdı. Bu baxımdan məqalənin yazılmasında məqsəd həmin dəyişikliklərin mahiyyətinin üzə çıxarılmasından ibarətdir. Məqalədə tarixi-müqayisəli təhlil metodundan və sistemli, inteqrativ yanaşma üsulundan istifadə etməklə respublikamızda konstitusiyaçılığın inkişafının baxılan tarixi mərhələsində baş verən proseslərə diqqət çəkilir, sosialist münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə cəmiyyətin və dövlətin idarəçiliyi ilə bağlı ortaya çıxan yeni yanaşmaların mahiyyəti, vətəndaşların sosial-iqtisadi, siyasi, mədəni hüquqları, bütövlükdə konstitusiya qanunvericiliyinin yeni hüquqi əsasları araşdırılır.


Müəllif : İsmayılov X.C.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top