Azәrbaycan Respublikasında yerli özünüidarәnin tәşkili prosesindә yaranan maneәlәrin konstitusion-hüquqi qiymәtlәndirilmәsi problemlәri - Elmi məcmuələr Jurnalı Cild 26 №3 2024

Description:

Mәqalә Azәrbaycan Respublikasında yerli özünüidarәnin mövcud vәziyyәtinin qiymәtlәndirilmәsinә hәsr edilmişdir. Avropa Şurasının Yerli vә Regional Hakimiyyәtlәr Konqresinin Tövsiyәlәrindә göstәrilmiş iradların vә Azәrbaycanda yerli özünüidarәnin nәticәlәrinin müqayisәli-hüquqi tәhlili Respublikada yerli özünüidarәnin inkişafını lәngidәn maneәlәrin tәsnifatını әsaslandırmağa imkan verir. Yerli özünüidarәnin inkişafına mane olan daxili vә xarici amillәrin aradan qaldırılması üçün aşağıdakı iki tәklifdәn birinin qәbul edilmәsinin zәruriliyi göstәrilir: 1) Avropa Şurası ilә Azәrbaycan arasında “Yerli özünüidarә haqqında” Avropa Xartiyasının denons edilmәsi barәdә qәrarın qәbul edilmәsi; 2) Azәrbaycanda demokratiya vә hakimiyyәtin әks-mәrkәzlәşmәsi prinsiplәrinә әsaslanan yerli özünüidarә islahatlarının aparılması.


Müəllif : Hüseynov S.Z.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 43

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top