Mәqalәdә qәdim vә orta әsrlәrdә hüquq elminin formalaşması vә inkişaf tarixi öyrәnilmişdir. Hüquq elminin tәşәkkülündә mühüm rola malik olan qanunvericilik külliyyatları, ali hakimiyyәt orqanlarının hüquqi aktları, hәmçinin görkәmli mütәfәkkirlәrin cәmiyyәt, dövlәt vә hüquq haqqında ideya vә düşüncәlәri zәngin elmi-nәzәri mәnbә kimi tәdqiqata cәlb edilmişdir. Qeyd etmәk lazımdır ki, tәkcә yazılı qanun külliyyatları deyil, hәlә qәdim dövrlәrdәn baş layaraq hakimiyyәt rәmzlәri, hәmçinin dövlәtin qüdrәtini, әdalәtli idarәçiliyi, hökmdarın vә qanunların gücünü simvolizә edәn realstik tәs virlәr vә s. maddi nümunәlәr, mәhz hüququn elminin öyrәnilmәsindә unikal elmi mәnbә rolunda çıxış edirlәr. Qanunvericlik aktlarınınhüquqi tәbiәti vә mahiyyәti isә, hüquq elminin nәzәri mәsәlәlәrinin öyrәnilmәsindә әhәmiyyәtli rola malikdir.
Qiymətləndir