İnsan alveri ilə mübarizə sahəsində son illər qəbul olunmuş çoxsaylı beynəlxalq sənədlərin təhlili və müvafiq beynəlxalq təcrübənin ümumiləşdiriliməsi beynəlxalq hüquq elmi qarşısında dayanan vacib məsələlərdən biridir. Beynəlxalq və milli hüquqi aktlarda insan alveri ilə mübarizəni təmin edən proqramlar və konsepsiyalar insan alverinin qarşısının alınması, insan alverindən zərər çəkənlərə kömək göstərilməsi, insan alveri ilə bağlı kriminal əməllərin açılması və cinayətkarların cəzalandırılması kimi əsas fəaliyyət istiqamətini ehtiva edir. Hər bir dövlət öz ölkəsində insan alveri ilə mübarizəni səmərəli təşkil edərkən beynəlxalq təcrübədən və beynəlxalq hüquq normalarından bəhrələnməlidir. Yalnız belə olduqda bəşəriyyət üçün artıq böyük təhlükəyə çevrilmiş insan alveri ilə səmərəli mübarizə aparmaq mümükündür. Bütövlükdə, insan alverinin cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektləri dövrün tələbi kimi çıxış edir.
Qiymətləndir