Beynəlxalq hüquq subyektlərinin hərbi konfliktlərdə mədəni irsi məhv etməsi və ya ona zərər vurmasına dair beynəlxalq hüquqi məsuliyyəti - Azərbaycan Vəkili Jurnalı №25 (2025)

Description:

əqalədə beynəlxalq hüquq subyektlərinin hərbi konfliktlərdə mədəni irsi məhv etməsi və ya ona zərər vurmasına dair beynəlxalq hüquqi məsuliyyət problemi hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və mühüm beynəlxalq sənədlərlə geniş təhlil edilir. Qeyd edilir ki, mədəni irsin qəsdən məhv edilməsi beynəlxalq hüquqda geniş əhatə edilən və insan hüquqları ilə bağlı müzakirələrdə əhəmiyyətli yer tutan bir məsələdir. Müasir yanaşmalar dövlətlərin öz ərazilərindəki mədəni irsin məhv edilməsinə görə beynəlxalq hüquqi məsuliyyət daşımasını və bu cinayətləri törədənlərin cəzalandırılmasını ciddi zərurət kimi irəli sürür. Burada əsas məsələlərdən biri kimi hüquqi əsasların qeyd edilməsidir ki, bu hal beynəlxalq normativ sənədlərlə, beynəlxalq adət hüququ ilə, habelə beynəlxalq məhkəmə qərarları ilə müəyyən olunur. Sonda belə bir nəticəyə gəlinir ki, beynəlxalq hüququn müxtəlif mexanizmləri və beynəlxalq öhdəliklər hərbi konfliktlərdə mədəni irsin məhv edilməsi və ya zədələnməsinə dair məsuliyyətin həyata keçirilməsini təmin edir və mədəni obyektlərin qorunmasının gücləndirilməsi üçün geniş hüquqi baza yaradır. Lakin bu da kifayət deyildir. Belə ki, bununla bağlı real institusional mexanizmlərin formalaşdırılması və bu istiqamətdə şəxslərin sərt cəzalandırılmasına dair praktikanın formalaşdırılması beynəlxalq hüquqi məsuliyyətə cəlbetməni daha da asanlaşdırardı.


Müəllif : Leyla Həşimova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top