Dünyada ərazi və resursların məhdudluğu şəraitində baş verən münaqişə və müharibələrin meydana gətirdiyi təhdidlər getdikcə daha da şiddətlənməkdə və daha ciddi nəticələr meydana gətirməkdədir. XXI əsrin qlobal problemlərinin də ağırlaşdırdığı belə bir vəziyyət beynəlxalq hüquqa və onun təklif etdiyi həll yollarına bir daha ciddi nəzər salmağı şərtləndirir. Bu məqalə də, sözügedən təhdidlərə münasibətdə hüquqi həll yollarına işıq tutmaq məqsədini daşıyır. Məqalənin giriş hissəsində ədəbi sülh, təcavüzlərin və müharibələrin qarşısının alınması məqsədilə tarixən irəli sürülmüş təşəbbüslərə qısa nəzər salınır və təcavüzün anlayışının verilməsinin əhəmiyyətinə diqqət yetirilir. Məqalənin 1-ci hissəsində II Dünya Müharibəsinə qədər belə bir anlayışın verilməsinə yönəlmiş səylər araşdırılır. 2-ci hissədə isə, təcavüzün BMT çərçivəsində verilmiş 1974-cü il tarixli anlayışının ən mühüm cəhətləri araşdırılır. Sonda, əgər beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görülməzsə, bəşəriyyəti gözləyən təhlükələr haqqında qısa məlumat verilir.
Qiymətləndir